Korporativ
Əməkdaşlıqlar üçün
İKT sektorunda inkişaf etmək istəyən yüzlərlə şəxsin yolunun Matrix-dən keçməsi keyfiyyətli təhsil strukturunun bir nəticəsidir. Bu yalnız peşəkar inkişaf üçün deyil, eyni zamanda korporativ əməkdaşlıqlarımızın genişlənməsi baxımından da əhəmiyyətlidir. Hal-hazırda banklar, özəl və dövlət sektorları ilə birgə çalışaraq əməkdaşlarının yeni texnologiyalar öyrənməsi və işlərini daha irəli səviyyəyə daşıması üçün imkanlar yaradırıq. Bu əməkdaşlıqlar həmçinin sektorda yeniliklərin tətbiqinə dəstək verir və mütəxəssislərin bilik və bacarıqlarını artırır.
Müraciət et
woman photo
Tərəfdaşlarımızın rəyləri
image
Matrix Academy ilə əməkdaşlığımıza əsasən yönləndirilən namizədlər müsahibələrdən uğurla keçərək müvafiq departamentlərdə ilk öncə təcrübəyə, daha sonra isə rəsmiləşmə əsasında PL SQL proqramçı olaraq işə başlayırlar. Onlar şirkətimizdə Apex, Oracle, PL SQL və s. biliklərini təkmilləşdirirlər. Matrix Academy ilə bu istiqamətdə müvafiq məzunların şirkətimizə işçi kimi yönləndirilməsi ilə bağlı əlaqələrimizi daha da genişləndirmək məqsədilə əməkdaşlığımızı memorandum ilə rəsmiləşdirmişik.
image
Nurlan Vəliyev
Direktor / GNI InnoTech
image
Matrix ilə bizim əməkdaşlığımız proqamlaşdırma sahəsində praktiki biliklərin tətbiqinə əsaslanmışdır. Bu istiqamətdə Matrix Academy kifayət qədər ixtisaslaşmış bir qurumdur. Şirkətimizdə təşkil etdiyimiz təcrübə proqramlarında ən aktiv iştirakçıların Matrix tələbələri olduğunu məmnunluq hissi ilə deyə bilərəm. Bir tədris müəssisəsi olaraq bazar üçün kifayət qədər texniki bacarıqlı mütəxəssis yetişdirmə baxımından Matrix tanıdığım ən prestijli akademiyalar arasında ön sırada yer alır.
image
Camal Ağayev
Startap ekosisteminin inkişafı şöbəsinin rəhbəri / IDDA
image
Matrix ilə uzun müddətdir ki, uğurlu əməkdaşlıq çərçivəsində işləyirik. Akademiyanın tələbələri üçün elan etdiyimiz təcrübə proqramlarından kifayət qədər bacarıqlı proqramçılar və komanda yoldaşları əldə etmişik. Əməkdaşlığımız çərçivəsində bir neçə uğurlu layihələrə də start verilib. Matrix İT bazarında kifayət qədər mövqeli və bu sektor üçün lazımlı mütəxəxxis yetişdirməyi bacaran bir təhsil qurumudur ki, partnyorumuzun bu uğuruna sevinir və daim dəstək veririk.
image
Cavid Məmmədov
Qurucu, Rəhbər / Sumaks Technologles MMC

Partnyorlar

Niyə MATRİX ?
Matrix-də təhsil almaq üçün səbəblər
cool emoji
İllərə dayanan təcrübə
2018-ci ildən başlayan fəaliyyətimizə hər gün bir az daha inkişaf edərək təhsil sektoruna yeniliklər gətirməklə davam edirik.
spark emoji
Beynəlxalq imtahanlara hazırlıq metodologiyasına əsaslanan təhsil
Tədris sistemimizin əsasında OCA, OCP, Microsoft kimi beynəlxalq sertifikat standartları dayanır.
robot emoji
Şəhərin mərkəzində yerləşən ofis
Tədris müəssisəsinin məkan olaraq daha əlçatan olması, mühitinin rahatlığı və gözəlliyi mühim amillərdəndir.
spark emoji
Qlobal təcrübəli müəllimlər
Təhsil keyfiyyətimizin başlıca standartı düzgün pedaqoq seçməkdir. Bu istiqamətdə həm yerli, həm də xarici bazarda 10 ilə yaxın təcrübəsi olan peşəkarlarla çalışırıq.
Sualın var?
Əlavə sualınız varsa, sağdakı formu dolduraraq bizimlə ödənişsiz konsultasiya ala bilərsiniz.Əməkdaşlarımız ən qısa zamanda sizə geri dönüş edəcək
Müraciət formu