Biz gələcəyin peşəkar mütəxəssislərini yetişdirmək üçün müasir texnologiyalar və yenilikçi tədris yanaşmalarını bir araya gətirərək sənaye standartlarının önündə dururuq.
2018-ci ildən bəri proqramlaşdırma və dizayn istiqamətində 5000-dən çox tələbəni real iş sektorunun tələblərinə uyğun yetişdirmişik və missiyamız ölkəmizdə və dünyada yüksəlişdə olan dizayn və proqramlaşdırma istiqamətindəki kadr çatışmazlığını maksimal səviyyədə ödəməkdir.
Yerli və qlobal təcrübəli müəllimlərimiz və yüksək standartlarla hazırlanan proqramlarımız tələbələrə peşəkar mühitdə uğur qazanmağı təmin edən yüksək keyfiyyətli təhsil təqdim edir.
Nəticələrimiz
8 illik uğur yolumuzda əldə etdiyimiz nəticələr
Tələbə öz karyerasında bizi seçdi
Əməkdaşlıq etdiyimiz şirkət sayı
İşə qəbul alan məzun faizi (10%-i qlobal olmaqla)
Tərəfdaşlarımız
2018-ci ildən bu yana qazandığımız təcrübə əsasında qurulan çoxsaylı əməkdaşlıqlar, İT sektorunda öz sözünü demiş müəssisələr ilə yaranan partnyorluq əlaqələrimiz akademiyamızın məzunları üçün iş və karyera imkanlarını bir pillə qabağa aparır. Aşağıda qeyd etdiyimiz partnyor şəbəkəsində çalışan onlarla məzunumuz sırasında sən də ola bilərsən