
Code Camp - AzTU
Azərbaycan Texniki Universiteti və Matrix Academy-nin birgə həyata keçirdiyi CodeCamp layihəsi universitet tələbələrinin Front-End proqramlaşdırma istiqamətində müasir texnologiyalar üzrə praktiki bilik və bacarıqlar qazanmasına yönəldilib.
Layihə çərçivəsində 25 tələbə Front-End proqramlaşdırma üzrə təlim keçərək müasir veb texnologiyalarını öyrənib və praktiki tapşırıqlar üzərində çalışıb.
Proqramın əsas məqsədi tələbələri real iş sektorunun tələblərinə uyğun bacarıqlarla təmin etmək və onların karyeraya hazırlığını gücləndirmək olub. Layihəni uğurla başa vuran iştirakçılardan bir neçəsi artıq Front-End proqramçı kimi peşəkar fəaliyyət göstərir.
CodeCamp universitet və özəl sektor əməkdaşlığı çərçivəsində tələbələrin peşəkar inkişafına və əmək bazarına hazırlığına töhfə verən layihələrdən biridir.



