İnkişafına bizimlə başla

Her IT Journey

Her IT Journey

“Her IT Journey” layihəsi regionlarda yaşayan qadınların texnologiya sahəsində bilik və bacarıqlarının inkişafına və İKT sektorunda karyera imkanlarının genişləndirilməsinə dəstək olmaq məqsədilə Matrix Academy və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası, Oğuz, Gədəbəy və Azərbaycanın digər regionlarından 30 qadın seçilərək UX/UI Design və Data Analytics istiqamətləri üzrə intensiv bootcamp proqramına cəlb olunub.

İştirakçılar proqram müddətində seçdikləri istiqamət üzrə praktiki bilik və bacarıqlar əldə etməklə yanaşı, texnologiya sahəsində karyera imkanları ilə tanış olublar. Layihə regionlardan olan qadınların rəqəmsal bacarıqlarının inkişafına və İKT sektorunda peşəkar fəaliyyətə hazırlığına yönəlib.

“Her IT Journey” qadınların texnologiya sahəsinə çıxış imkanlarını genişləndirərək regionlarda İKT üzrə insan kapitalının inkişafına töhfə verən layihələrdən biridir.

Sualın var?

Əlavə sualınız varsa, aşağıdakı formu dolduraraq bizimlə ödənişsiz konsultasiya ala bilərsiniz. Əməkdaşlarımız ən qısa zamanda sizə geri dönüş edəcək

Müştəri

Salam, kurs haqqında məlumat ala bilərəm?

Matrix

Mesajınız qəbul olundu, Matrix komandası tezliklə sizinlə əlaqə saxlayacaq.