
Code Camp - UNEC
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Matrix Academy-nin birgə həyata keçirdiyi “CodeCamp” layihəsi universitet tələbələrinin Front-End proqramlaşdırma üzrə praktiki bilik və bacarıqlar əldə etməsinə və real iş sektoruna hazırlığına yönəlib.
Layihəyə 300-dən çox müraciət daxil olub və bir neçə mərhələdən ibarət seçim prosesinin nəticəsində 25 tələbə 4 aylıq Front-End proqramlaşdırma təliminə seçilib. Təlim müddətində iştirakçılar JavaScript, ReactJS, Redux və digər müasir texnologiyaları öyrənərək real layihələr üzərində çalışıblar.
Layihənin sonunda tələbələr hazırladıqları layihələri təqdim edərək sertifikatlarla təltif olunublar. İştirakçılardan 5 nəfər layihə başa çatmadan real iş sektorunda təcrübə proqramına başlayıb.
“CodeCamp” tələbələrin texniki bacarıqlarının inkişafı ilə yanaşı, onların əmək bazarına inteqrasiyasını və karyera imkanlarını dəstəkləyən universitet–özəl sektor əməkdaşlığı nümunəsidir.








